ABŞda Azərbaycana qarşı Qarabağ dinləmələri –


Siyasət 14 Okt 2017 21:23:00 387 0

ABŞda Azərbaycana qarşı Qarabağ dinləmələri –

Oktyabrın 18-də ABŞ-ın Helsinki Komissiyası Dağlıq Qarabağ münaqişəsinin yenidən başlanmasının mümkünlüyü, bu məsələdə ABŞ və ATƏT-in rolu mövzusunda dinləmələr keçirəcək.

Son.az xezerxeber.az-a istinadən bildirir ki,  Helsinki Komissiyasının sədri Kristofer Smitin olduğunu nəzərə alsaq, bu dinləmələrin hansı ruhda keçiriləcəyi artıq indidən məlumdur. Konqresdəki erməni lobbisinin əsas fiqurlarından biri olan Smit daimi Azərbaycana qarşı düşmən mövqeyindən çıxış edib. Xatırlatmaq yerinə düşər ki, Kristofer Smit Azərbaycana qarşı qəbul edilən 907-ci düzəlişin müəlliflərindən biridir. Görünən odur ki, aprel döyüşlərinin nəticələri və Azərbaycanın öz ərazi bütövlüyünü istənilən yolla bərpa etmək gücündə olması faktı bu dairələri ciddi narahat edir. Dinləmələri həyata keçirməkdə məqsəd Ermənistanın müdafiəyə ehtiyacı olan tərəf kimi təqdim edib işğalçı rejimə maliyyə və hərbi xrakterli yardımın artırılmasıdır.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində


Xəbərə aid video