Sürücülük vəsiqəsi yoxdur, avtobus idarə edir – VİDEO


Digərləri 14 Okt 2017 21:13:00 362 0

Sürücülük vəsiqəsi yoxdur, avtobus idarə edir – VİDEO

Sərnişinlər avtobusdan yarı yolda düşürülür. Səbəb isə sürücünün vəsiqəsi olmadığına görə yol polisindən çəkinməsidir. Paytaxt Bakıda hələdə sürücülük vəsiqəsi olmadan sərnişin daşıma ilə məşğul olan sürücüləri var.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, yolun yarısında saxlayan avtobus sürücüsü sərinişinləri mənzil başına çatdırmır. Sərnişinlər isə sürücüdən son dayanacağa qədər aparmasını tələb edirlər. Görüntülər paytaxtda 185 nömrəli avtobusda lentə alınıb. Sürücü sərnişinləri mənzil başına aparmamasını qəribə səbəblə izah edir.Qarşıda polis olduğunu və avobusu cərimə meydançasına aparacağından çəkindiyini deyir. Avtobusda yaşanan mübahisədən belə aydın olur ki,sürücünün sənədləri qaydasında deyil. Sürücülərin bəziləri həqiqətən öz sənədləri ilə nəqliyyat vasitəsini idarə edir. Lakin başqasının sürücülük vəsiqəsi ilə avtobus idarə edənlər da tapıldı.Özünə aid olmayan sürücülük vəsiqəsini təqdim etməkdən çəkinən bu sürücü kimi. 185 nömrəli xəttin dispetçeri Elşən Xəlilov isə deyilən fikirlərlərlə razılaşmır.O sürücünün dayanmasının səbəbini texniki nasazlıq olması ilə izah edir. Elşən Xəlilov xətdəki avtobus sürücülərinin bəzilərinin vəsiqəsi olmaması fikri ilə isə razılaşmır.Onun sözlərinə görə ,sürücülük vəsiqəsiz heçkimi işə götürmürlər.


Xəbərə aid video