Azərbaycanda TRAGİKOMEDİYA: Bu dəfə qəssaba


Digərləri 14 Okt 2017 21:14:00 379 0

Azərbaycanda TRAGİKOMEDİYA: Bu dəfə qəssaba

Bərdədə bir qəssaba"ət məhsullarının təmiz satışını nümunəvi təşkil etdiyinə görə" fəxri fərman verilib. "Xalq yazarı" qəzetinin baş redaktoru tərəfindən verilən bu fəxri fərmana görə qəssabdan nə az, nə çox düz 10 manatda pul alınıb.

Jurnalist qəssaba ət məhsullarını təmiz satdığına görə fəxri fərman verdi... Son.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə Bərdə rayonunda baş verib. Sosial şəbəkələrdə "Xalq yazarı" qəzetinin baş redaktorunun qəssaba "Ət məhsullarının təmiz satışını nümunəvi təşkil etdiyinə görə" verdiyi fəxri fərman, istifadəçilər arasında müzakirələrə səbəb olub.Fəxri fərmanda qəssab Orxan Bəxtiyarovun "Xalq yazarı" qəzetinin baş redaktoru tərəfindən imzası ilə təltif edildiyi görünür. Məsələ ilə bağlı həmin qəssabı yəni Orxan Bəxtiyarovu tapıb söhbətləşdik. Qəssabxana rayonun Bakı küçəsində yerləşir. Orxan Bəxtiyarov deyir ki,bu hadisə 2 il əvvəl olub. Tanımadığı bir şəxs özünü jurnalist kimi təqdim edərək ət tükanına daxil olub. Sonra ona fəxri fərman verəcəyini bunun üçün isə 30 manat pul ödəməli olduğunu bildirib. Qəssab deyir ki,bundan sonra həmin fəxri fərmanı qəssabxananın giriş hissəsinə vurub.Məqsəddəki müştərilərin diqqətini cəlb etmək olub. Qeyd edək ki, Mətbuat Şurasına üzv olan təşkilatlar arasında "Xalq yazarı" qəzetinin adına rast gəlmədik.


Xəbərə aid video