Rusiya Ermənistanı silahlandırır


Dünya 14 Okt 2017 21:19:00 420 0

Rusiya Ermənistanı silahlandırır

Rusiyanın Ermənistana silah almaq üçün ayırdığı 200 milyon dollarlıq kreditin ilk tranşı artıq təsdiqlənib. Beləliklə Ermənistan vəsaitin yüz milyonunu əldə edəcək. Əslində isə hər nə qədər kredit donu geyindirilməyə çalışılsa da bu rəsmi Moskvanın İrəvanı, təmənnasız silahlandırmasından başqa bir şey deyil.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Rusiya müxtəlif variantlarla ermənistanı silahlandırmaqda davam edir. Rusiya ilə Ermənistan arasında sözügedən 200 milyoon dollarlıq dırnağarası kredit sazişi hələ 2015-ci ildə imzlanmışdı. İki gün əvvəl Ermənistan tərəfi kreditin yarısının yəni 100 milyon dollarlıq hissəsini alınmasını təsdiqləyib. Əslində Ermənistanın aldığı kreditlərin və borcların geri qaytracaq iqtisadi gücə və maliyyə imkana malik olmadığı məlumdur. Bunu isə öz forpostuna bələd olan Kreml hər kəsdən daha yaxşı bilir. Digər tərəfdən o da məlumdur ki, Ermənistan Rusiyadan başqa bir ölkədən silah almağa nə imkanı var, nə də cəsarəti. Yəni Moskva öz verdiyi pulu geri alıb əvəzinə silah verir. Bununla da Ermənistanı təmənnasız silahlandırması faktını manipuliyasiya etməyə çalışır. Bu isə Rusiyanın ATƏT-in Minsk qrupunun üzvü kimi missiyasına yanaşı Azərbaycanla olan hərbi əməkdaşlığına da ziddir. Elə bu dırnağarası kredit sazişin şərtlərindən də görünür ki bu Rusiyanın Ermənistana təmənnasız yardımından başqa bir şey deyil. Bu vəsaitlə Ermənistan smerç reaktiv sistemləri, İqla-S zenit raket kompleksləri, avtobaza-M radiotexniki kəşfiyyat kompleksləri, solnsepyok ağır odsaçan sistemləri və digər sursatlar alacaq. Hansı ki bütün bu silah sursat və sistemlər Rusiyanın hərbi istehsalı və arsenalına məxsusdur. Azərbaycan haqlı olaraq Rusiyadan işğalçı Ermənistana yardimlarin dayandırılmasını və ATƏT-in Minsk qrupunun həmsədri kimi öz missiyasini və üzərinə düşən öhdəlikləri yerinə yetirməsini gözləyir. Bu zaman belə bir sual ortaya çıxır. Kreditlə ordu qurmaq mümkündür mü? Bu hal bir daha təsdiqləyir ki, nəyinki xarici siyastədə müstəilliyini tamamı ilə itirən Ermənistan ordu üzərindəki suveren səlahiyyətlərini tamamilə başqa bir dövlətə verir. Azərbaycanda isə vəziyyət tamam başqadır. Bütün sahələrdə olduğu kimi hərbi potensialının formalaşmasında da müstəqil olan Azərbaycanın belə bir asılacağı yoxdur. Öz müdafiə sənayesini yaradan Rəsmi Bakı ən müasir silahları istədiyi dövlətdən almaq imkanına malikdir və alır. Azərbaycan ordusu istər döyüş hazırlığına, istərsə də hərbi təhcizatına görə Ermənistandan qat-qat üstündür. Və ən əsası isə istənilən qərarı verəndə başqasından icazə almır.


Xəbərə aid video