Hondadan Urban EV Concept FOTO


Digərləri 14 Okt 2017 21:05:00 398 0

Hondadan Urban EV Concept  FOTO

Əvvəlcədən təəssüf edirik ki, Urban EV konseptinin texniki özəlliyi barədə heç bir məlumat verilməyib. Yaponlar elektrikli hetçbekin sadəcə hansısa "tamamilə yeni bir platformada" yığıldığını bildirməklə kifayətləniblər. Buna görə də, hələlik yeni avtomobilin dizaynını müzakirə edəcəyik. Və əslində dizaynla bağlı danışılacaq çox şey var, beləki konseptin müəllifləri "köklərinə qayıtmaq" qərarı veriblər. Əsas olaraq 1979-cu ilə aid ikinci nəsl Honda Civic modelinə müraciət edilib və Urban konsepti bu avtomobilin xarakterik profilinə sahib olub. Son.az 4charx.com-a istinadən bildirir ki, daha bir maraqlı məqam isə, öndə və arxada fənərlərin arasın yer alan iki displeydir. Bu ekranlarda yolda hərəkət edən nəqliyyat vasitələri sürücüləri üçün hər hansı bir məlumatı yayımlamak mümkündür. Əslində başqa sürücülərin sizin avtomobilinizin batareyalarının səviyyəsini öyrənməsi çox mənasızdı. Salon dörd nəfər üçün nəzərdə tutulub və burda da displeylərə rast gəlmək mümkündür. Nəhəng ekran ön panelin üzərində, kiçik manitorlar isə qapı üzərində yer alaraq arxa görüntü kamerasının ötürdüyü videonu yayımlayır.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində


Xəbərə aid fotolar