“Mühacirət mafiyası”nın üzvü Fikrət Hüseynli Ukraynada


Digərləri 14 Okt 2017 20:49:00 314 0

“Mühacirət mafiyası”nın üzvü Fikrət Hüseynli Ukraynada

Mühacir həyatı yaşayan jurnalist Fikrət Hüseynlinin Kiyev hava limanında saxlanıldığı təsdiqini tapıb.

Son.az modern.az-a istinadən bildirir ki, Ukrayna sərhəd xidmətinin rəsmi məlumatına görə, Fikrət Hüseynli İnterpol vasitəsilə axtarışda olub. Fikrət Hüseynli Azərbaycan Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.   Fikrət Hüseynli Kiyevdə bir neçə gün olub və Ukrayna ərazisini tərk edərkən saxlanılıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, Hollandiyada mühacir həyatı yaşayan "Azadlıq" qəzetinin əməkdaşı Fikrət Hüseynli Ukraynada  saxlanılıb. Virtualaz.org xəbər verir ki, bu haqda sosial şəbəkələrdə  məlumatlar yayılıb. Bildirilir ki, F.Hüseynli saxlanılarkən vaxtilə AXCP-yə bağlı "Yeni Fikir" gənclər təşkilatının üzvü olmuş və sonradan ABŞ vətəndaşlığı almış qalmaqallı persona Səid Nuri də onun yanında olub. Lakin Fikrət Hüseynlinin Mərkəzi Kəşfiyyat İdarəsinin agenti kimi tanınan Səid Nuri ilə Kiyevdə nə işlə məşğul olduğu məlum deyil.

F.Hüseynlinin hazırda Kiyevdə təcridxanaya aparıldığı bildirilir. S.Nuri sosial şəbəkələrdə F.Hüseynlinin Ukrayna sərhəd xidməti tərəfindən saxlanıldığını təsdiqləyib:"Məndə olan məlumata görə, onu Əfqan Muxtarlının cinayət işi üzrə saxlayıblar".