Təndirdən qalxan nur və quşlarin təvafi


Digərləri 14 Okt 2017 20:55:00 380 0

Təndirdən qalxan nur və quşlarin təvafi

Kərbəla inqilabı, xüsusən, imam Hüseyn (ə) və o həzrətin dostları ilə bağlı irəli sürülən mövzulardan biri də onun təsir və kəramətlərindən ibarətdir ki, əhli-sünnə alimlərinin diqqətini cəlb etmiş və müxtəlif mənbələrdə təkidlə qeydə alınmışdır. Bu təsir və kəramətlərdən söz açan mənbələrin həcmi olduqca böyükdür. Bu məlumatlar imam Hüseynin (ə) həqqaniyyəti və mövqeyini, Yezid və onun havadarlarının isə batilliyini, eləcə də, əhli-sünnə alimlərinin görünüşündə Kərbəla inqilabının əhəmiyyətini aşılayır, Yezidin məhkumiyyəti və Kərbəla cinayətinin bağışlanmazlığına növbəti təsdiq vərəqi sayılır.

Son.az maide.az-a istinadən bildirir ki, burada "təsirlər" dedikdə, siyasi, ictimai və mədəni təsirlər, "kəramətlər" dedikdə isə "Aşura" faciəsindən sonra və yaxud faciə zamanı imam Hüseyn (ə) və o həzrətin dostlarının şəhadəti, Əhli-beytə (ə) rəva görülən zülm və cinayətlərlə bağlı şiə və əhli-sünnə alimlərinin təsdiqi, onların ravi və mənbələrinin şəhadəti ilə göstərilən qeyri-adi hallardır.

TƏNDİRDƏN QALXAN NUR VƏ QUŞLARIN TƏVAFI

İmam Hüseyn (ə) atın üstündən Kərbəlanın torpağına düşdükdən sonra, o həzrətin mübarək başını bədənindən ayırmağa məmur olunan ilk şəxslərdən biri də Xuli ibn Yezid idi. O, İmamın (ə) başını kəsmək üçün nə qədər çalışsa da, qorxudan əlləri titrəyərk onu görə bilmədi və nəhayət, Sənan ibn Ənəs və yaxud Şümr ibn Zilcövşən bu cinayətə əl atdı və onu Xuliyə verdi.