Aparıcı canlı yayımda söyüş söydü VİDEO


Digərləri 14 Okt 2017 20:44:00 348 0

Aparıcı canlı yayımda söyüş söydü  VİDEO

ABŞ-ın  Late Night with Seth Meyers axşam şousunun aparıcısı Set Mayers verilişin Donald Trampı dəstəkləyən  tamaşçılarının qarşısında ultimatum qoyub.

Son.az oxu.az-a istinadən bildirir ki, Mayers  məşhur reper Eminemin prefomansını təkrarlayıb. Belə ki, reper pərəstişkarlarından onunla Tramp arasında seçim etməyi tələb etmişdi.

Musiqiçi perfomansında "Onu dəstəkləyən istənilən fanatım, mən aramızda qumla xətt çəkirəm, sən ya "lehinə", ya da "əleyhinə" seçməlisən", - deyib və qərar verə bilməyənləri isə jest ilə  "yollayıb".

Eminemin hərəkətindən ilhama gələn Mayers də tamaşaçılara Late Night with Seth Meyers və ABŞ prezidenti arasında seçim etməli olduqlarını bildirib və rep oxumağa başlayıb.


Xəbərə aid video