Müasir ginekologiyanın yenilikləri müzakirə edildi


Digərləri 14 Okt 2017 20:36:00 284 0

Müasir ginekologiyanın yenilikləri müzakirə edildi

Bu gün Bakıda "Genekologiyanın müasir aspektləri" adlı elmi-praktik konfrans keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, konfransın məqsədi ginekologiya sahəsindəki son yenilikləri müzakirə etmək və fikir mübadiləsi aparmaqdır.

"World Medicine"nin Azərbaycandakı nümayəndəliyinin baş meneri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva bildirib ki, son illər ərzində yüksək səviyyəli texniki imkanlar nəticəsində xəstələrə dəqiq diaqnozlar qoyulur, problemin baş vermə səbəbləri araşdırılır və tez bir zamanda pasentlər öz sağlamlıqlarına qovuşurlar: "Hər bir ana dünyaya sağlam uşaq gətirmək istəyir, lakın bir çox səbəblərdən bu baş vermir".

Y.Abdıyeva son illər sağlam uşaqların daha çox doğulduğunu da diqqətə çatdırdı. O bunu tibb sahəsinə olan dövlət qayğısı ilə əlaqələndirdi.