Lamborghini Aventador S Roadster FOTO


Digərləri 14 Okt 2017 20:05:00 337 0

Lamborghini Aventador S Roadster  FOTO

Vergiləri nəzərə almasaq 314 000 avro - yenilənən  Laborghini Aventador S Roadster Avropada məhs bu qiymətədir. Əsas yenilik - arxa təkərləri hərəkətləndirən mexanizmdir ki, bunun üçün də arxa asmaların bütün kinematikasının və aktiv amortizatorların yenidən qurulması tələb olunub. Bu sistemlə bir çox sportkarlar, eləcə də təkmilləşmiş Lamborghini Aventador S kupe də təchiz olunub. Yeri gəlmişkən, yeni rodster kupenin bazasında yığılıb. Son.az 4charx.com-a istinadən bildirir ki, tam idarə olunan şassi, avtomobili təkcə yüksək sürətli yollarda deyi, eləcə də sürətli döngələrdə də stabil saxlayır. Frankfurtda rodster sət tavanı baqaj bölümünə yığılı halda podiuma çıxarlmışdı. Qeyde dək ki, avtomobilin baqajı ön hissədə yerləşir. İtalyanlar "atmosfer idealogiyasına" sadiq qalaraq, yenidən 6,5 litli V12 mühərrikindən istifadə ediblər. 690 Nm fırlanma anı dəyişməsə də, atların sayı artıb. Beləki, əvvəl 700 a.g. hasil edən aqreqat, halhazırda 740 a.g.-nə sahibdir. Sürətlər qutusu da yenilənməyib - bu iki muftalı Graziano robotdur. Lakin, qəribə də olsa rodsterin dinamik göstəricisi aşağı düşüb. maksimal sürət yenə də 350 km/saatdır, ilk yüzlüyə sərf olunan vax isə 3 saniyə təşkil edir. Bu da əvvəlki göstəricidən onda bir saniyə artıqdır.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində


Xəbərə aid fotolar