7 gün və 7 növ kokteyllə sağlam şəkildə arıqlama


Digərləri 14 Okt 2017 19:45:00 331 0

7 gün və 7 növ kokteyllə sağlam şəkildə arıqlama

7 gün ərzində sağlam şəkildə arıqlamaq istəyənlər bu kokteylləri içməklə orqanizmin vitamin və mineral balansını ödəməklə, artıq çəkidən xilas ola bilərlər. 1-ci gün. Kivi, ispanaq, limon və cəfəri qarışımlı kokteyl orqanizmdən artıq suyun çıxarılmasına yardımçı olmaqla yanaşı, orqanizmin vitamin C-yə olan ehtiyacını ödəyir. Gün ərzində 1 dəfə zəif kalorili yemək və 2 dəfə bu kokteyldən içməklə çəkinizi azalda bilərsiniz. 2-ci gün. Son.az immunitet.az-a istinadən bildirir ki, gün ərzində acdıqca hər dəfə banan və xurma kokteyli için və ən azı 1-2 km piyada gəzin. Hər dəfə kokteyl hazırladıqda 2 banan və 2 xurmadan istrifadə edilir. 3-cü gün. Gün ərzində 3 dəfə ananas və ədviyyatlı (sarıkök və az miqdar darçın) kokteyl içməklə orqanizminizin mineral və vitamin balansını ödəyə bilərsiniz. Bu kokteyl sizə aclığınızı hiss etdirməyəcək. 4 cü gün. Avokado kokteylini gün ərzində 3 dəfə için və piyada gəzin. 5-ci gün. Manqo ilə portağallı kokteyl orqanizminizin vitamin və minerallara olan balansını ödəməklə sağlam şəkildə arıqlamağınıza səbəb olacaq. 6-cı gün. Çuğundur və zəncəfildən hazırlanmış kokteyl çox faydalı olmaqla yanaşı metobolizmi sürətləndirərək araqlamağa kömək edir. 7-ci gün. Gilləmeyvə və kefirdən hazırlanmış kokteyl sizin dadlı keçən həftənizi tamamlayaraq kalsium balansınızı ödəyəcək və sizin az çəki ilə sağlam bədənə sahib olmağınıza səbəb olacaq.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində