"Anam 8 aylığımda abort etdirdi, amma sağ qaldım"


Digərləri 14 Okt 2017 19:36:00 324 0

"Anam 8 aylığımda abort etdirdi, amma sağ qaldım"

"Səsi gəlir?! Cəhənnəmə ki! Qoyun, ölsün!"

1977-ci il, 29 avqust. Çəkisi 1 kiloqramda azca çox olan balaca qız yeni doğulmuş uşaqlar üçün bölmədə borucuqlar və naqillər arasındadır. O, ölümlə mübarizə aparır.

Fəqət, körpənin sağ qalmasını istəyən valideynlər yaxınlıqda gözə dəymir.

Melissa Odenin anası ABŞ-ın Ayova ştatındakı xəstəxananı tərk etmişdi və düşünürdü ki, hamiləliyin 8-ci ayında abort etdirdiyi üçün bətnindəki körpə ölüb.

Abort uğursuz oldu, amma Melissanın anası 36 il ərzində bilmədi ki, qızı satğ qalıb. Melissa yaşamının dramatik başlanğıcından xəbər tutandan sonra tam 20 il suallara cavab aradı. Sonucda bəlli oldu ki, anası abort etdirmək istəmirdi.

Melissa onu da öyrəndi ki, sağ qaldığına görə tibb bacısına borcludur. Həmin tibb bacısı "tibbi tullantı" kimi qutuya atılmış uşağın asta səsini eşitmişdi.

Digər tibb bacısı isə palatadakı həmkarlarına deyibmiş: "Səsi gəlir?! Cəhənnəmə ki! Qoyun, ölsün!" O tibb bacısı Melissanın nənəsi idi.

Yaşamı barədə belə təfərrüatları öyrənən başqa adam sərt, qəddar olardı. Amma onu sevən insanların övladlığa götürdükləri Melissa doğma anasını arayıb, tapıb və həmin qadını bağışlayıb.

"Öyrəndim ki, anamın 19 yaşı olanda onu aborta xəstəxanada tibb bacısı işləyən nənəm vadar edibmiş. Anam sağ qaldığımı bilmirdi. Həqiqəti bilənədək 30 il keçdi. Bu, utanc və hirsdən inam və əfvə gedən uzun, ağrılı yol idi", - Melissa deyir.

Ayova ştatındakı Su-Siti şəhərindəki xəstəxananın həkimləri Melissanın anasını hamiləliyin 31-ci həftəsində abort etmişdilər.


Xəbərə aid fotolar