Somalidə baş vermiş partlayışda ölənlərin sayı 40-a çatıb - YENİLƏNİB


Dünya 14 Okt 2017 19:13:00 342 0

Somalidə baş vermiş partlayışda ölənlərin sayı 40-a çatıb - YENİLƏNİB

Yollardan birində işində partlayıcı maddənin olduğu yük maşını partlayıb

Somalinin paytaxtı Moqadişoda baş vermiş partlayış zamanı ölənlərin sayı artıb.

"Report" "Sinxua"ya isitnadən xəbər verir ki, hadisə nəticəsində həlak olanların sayı 40 nəfərə çatıb.

Partlayış zamanı daha bir neçə nəfərin yaralandığı bildirilir.

Qeyd edək ki, yollardan birində işində partlayıcı maddənin olduğu yük maşını partlayıb. Asayiş keşikçilərinin sözlərinə görə, partlayış yük maşını polis avtomobilini təqib edərkən baş verib.

***18:35

Somalinin paytaxtı Moqadişoda baş vermiş partlayış zamanı 20 nəfər həlak olub.

"Report"un məlumatına görə, bu barədə "Associated Press" polisə istinadən xəbər verib.

Bildirilir ki, yollardan birində işində partlayıcı maddənin olduğu yük maşını partlayıb. Hadisə zamanı daha 15 nəfər yaralanıb.

Asayiş keşikçilərinin sözlərinə görə, partlayış yük maşını polis avtomobilini təqib edərkən baş verib.