İnformasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 6,2% artıb


İqtisadiyyat 14 Okt 2017 17:41:00 357 0

İnformasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 6,2% artıb

Xidmətlərdən əldə edilən gəlirin 50,2%-i mobil telefon rabitəsi sahəsində formalaşıb

Bu ilin yanvar-sentyabr ayları ərzində informasiya və rabitə müəssisələri 1 266,1 mln. manatlıq xidmət göstərib. Bunun da 72,6%-i əhali tərəfindən istehlak olunub.

Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2016-cı ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 6,2% artıb, bu sahədə əldə edilmiş gəlirin 81,2%-i qeyri-dövlət sektorunun payına düşüb. Xidmətlərdən əldə edilən gəlirin 50,2%-i və ya 635,8 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.