Azərbaycan Ordusu raket atışları ilə hədəfləri məhv etdi VİDEO FOTO


Digərləri 14 Okt 2017 16:43:07 334 0

Azərbaycan Ordusu raket atışları ilə hədəfləri məhv etdi  VİDEO  FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən, Hava Hücumundan Müdafiə Qoşunlarının "Buk-MB" zenit-raket komplekslərinin döyüşə hazırlıq vəziyyəti yoxlanılıb.

Azərbaycan Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, tapşırıqların yerinə yetirilməsi zamanı çətin radioelektron maneə şəraitində şərti düşmənin yüksəksürətli, kiçik ölçülü hava hədəfləri aşkarlanaraq izlənməyə götürülüb və praktiki raket atışları ilə məhv edilib.

Qarşıya qoyulan vəzifə və tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib, şəxsi heyətin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar