"Galatasaray"da ab-hava gözəldir"


İdman 14 Okt 2017 16:50:00 408 0

"Galatasaray"da ab-hava gözəldir"

"Galatasaray"ln braziliyalı yarımmüdafiəçisi Fernando Reqes klubun kanalına qonaq olub. Goal.az xəbər verir ki, 30 yaşlı havbek fərqli mövzular ətrafında fikirlərini bölüşüb.

"Burda tam ailə mühiti formalaşıb. Həm meydanda, həm də ondan kənarda tək hədəfə köklənmişik. Çempionluq yolunda irəliləyirik. Bir-birimizə dəstək oluruq. Komanda yoldaşlarım bir-biri üçün mübarizə aparır. Ona görə ab-hava gözəldir.

Klub prezidenti tərəfindən mövsüm öncəsi təşkil olunan gəmi turunda birlikdə nahar etmişdik. Bu cür mərasimlər komanda ruhunu daha da üst səviyyəyə daşıyır.

Türkiyə mətbəxi zəngindir, yeməklər superdir. Plovu çox sevirəm. Yanında toyuq da xoşlayıram. Aşpazlarımıza bir daha təşəkkür etmək istəyirəm. İstanbul ailəliklə çox sevdik. Bura mükəmməl şəhərdir. Gəzmək üçün çox yer var. Boş vaxt olanda ailəmlə birlikdə yeni yerlər kəşf etməyə çalışırıq"