"Morata mənə qardaş kimidir, ona nifrət edə bilməzdim"


İdman 14 Okt 2017 16:13:00 444 0

"Morata mənə qardaş kimidir, ona nifrət edə bilməzdim"

İtaliya millisinin hücumçusu Simone Zaza İtaliya mətbuatına geniş müsahibə verib. Goal.az onun ən maraqlı açıqlamalarını təqdim edir.

"Valencia" karyeramda dönüş nöqtəsi oldu. Burda əlimdən gələni etməyə çalışıram. Atam sayəsində Marko Van Basten mənim kumirim oldu. Sizə bir sirr açım. Tezliklə onun imzalı formasını əldə edəcəm. Təəssüf ki, bu "Milan"ın forması deyil.

Mən çox səyahət edirəm. Ona görə sürücülük vəsiqəsi almağa vaxt tapa bilməmişəm. Təyyarədə uçmaqdan artıq qorxmuram, turbulent zonaya düşənə qədər... Əvvəllər uçuş zamanı bir neçə dərman atırdım".

Zaza "Juventus"da komanda yoldaşı olan Alvaro Morata barədə fikir də bildirib.

"Tez-tez danışırıq. Alvaro mənə qardaş kimidir. Bu dostluq o, "Juventus"da oynayanda, mənsə ehtiyatda oturanda başlamışdı. Məni əsas heyətdən sıxışdırdığı üçün ona nifrət edə bilməzdim. Rəfiqəm Kiaranı da Morata və onun həyat yoldaşı sayəsində tanımışam. Onun sevgisini qazanmaq asan olmasa da, indi hər şey qaydasındadır. Düşünürəm ki, kiçik çılğınlıq insana yaxşı təsir edir. Hisslərimi gizlətmirəm və bunu pozitiv bir şey kimi görürəm".