"Werder"in kapitanı milli karyerasını başa vurdu


İdman 14 Okt 2017 15:33:00 337 0

"Werder"in kapitanı milli karyerasını başa vurdu

"Werder"in kapitanı Zlatko Yunuzoviç Avstriya millisində karyerasını başa vurub. Goal.az xəbər verir ki, bu barədə Avstriya Futbol Federasiyasının saytı məlumat yayıb. 30 yaşlı yarımmüdafiəçi millidə debüt matçını 2006-cı ildə keçirib. Onun aktivində 55 oyun və 7 qol var. Yunuzoviç Avstriya millisinin heyətində AVRO-2016-da 1 oyuna çıxıb.

DÇ-2018-in seçmə mərhələsində D qrupunda yer alan Avstriya 4-cü yeri tutmaqla turnirdən kənarda qalmışdı.