Dünya çempionatından kənarda qalan komandada baş məşqçi istefası


İdman 14 Okt 2017 15:14:00 347 0

Dünya çempionatından kənarda qalan komandada baş məşqçi istefası

2018-ci il dünya çempionatəndan kənarda qalan ABŞ millisində baş məşqçi istefası reallaşıb. Goal.az xəbər verir ki, Bryus Arena postunu tərk etdiyini açıqlayıb.

"Məşqçilik karyeram ərzində 2 dəfə milli komandaya rəhbərlik etdiyimə görə qürur duyuram. Dünya çempionatına vəsiqə qazanmamaq azarkeşlərimizi çox məyus etdi. Amma əminəm ki, düzgün istiqamətdə gedirik. Hər bir amerikalı futbolçu və məşqçiyə güvənirəm. Millinin sükanı arxaısnda keçirdiyim hər dəqiqəni qiymətləndirirəm".

66 yaşlı mütəxəsis 1-ci dəfə 1998-2006-cı illərdə ABŞ millisini çalışdırıb. Onun komandası 2002-ci il dünya çempionatında 1/4 finala qədər irəliləmişdi. Arena ikinci dəfə 2016-cı ilin noyabrında milliyə qayıtmışdı.