Türkiyə baş nazirinin İraqa səfəri təxirə salınıb


Dünya 14 Okt 2017 15:01:40 340 0

Türkiyə baş nazirinin İraqa səfəri təxirə salınıb

Səfərin hansı səbəbdən təxirə salınması barədə məlumat verilməyib

Türkiyənin baş naziri Binəli Yıldırımın İraqa səfəri təxirə salınıb.

“Report”un "Habertürk"ə istinadən verdiyi məlumata görə, səfər oktyabrın 15-də baş tutmalı idi. 

Səfərin hansı səbəbdən təxirə salınması barədə məlumat verilməyib.

Qeyd edək ki, səfər çərçivəsində keçirilməsi planlaşdırılan görüşlərdə İraqın şimalında keçirilən “referendum”dan sonrakı vəziyyət müzakirə olunmalıydı.