Ukraynanın yük təyyarəsi Kot-d-İvuarda qəzaya uğrayıb - ölənlər var


Digərləri 14 Okt 2017 14:46:38 404 0

Ukraynanın yük təyyarəsi Kot-d-İvuarda qəzaya uğrayıb - ölənlər var

Ukraynaya məxsus yük təyyarəsinin aeroportda qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub.

Bakı. Ukraynaya məxsus yük təyyarəsinin aeroportda qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub. Trend-in məlumatına görə, təyyarə Kot-d-İvuara uçurmuş. Məlumata görə, təyyarə hava limanından səhər saatlarında göyərtəsində Fransa ordusu üçün yüklə hava qalxıb. Çox keçmədən təyyarə dənizə düşüb. İlkin məlumatlarda ölənlərdən ikisinin meytinin təyyarənin qalıqlarının altından çıxarıldığı bildirilir. Təyyarənin hansı səbəbdən qəzaya uğramasının səbəbləri məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.