Xarici vətəndaşın avtomobilini qaçıran dəstə üzvləri saxlanıldı FOTO


Digərləri 14 Okt 2017 14:35:00 337 0

Xarici vətəndaşın avtomobilini qaçıran dəstə üzvləri saxlanıldı  FOTO

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində xarici ölkə vətəndaşına qarşı soyğunçuluq edən və avtomobil qaçıran dəstə üzvləri saxlanılıb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi (RPİ) 13-cü Polis Bölməsi (PB) Pakistan vətəndaşı Qulam Murtazaya məxsus içərisində 150 manat, 100 dollar, habelə mobil telefon olan pul kisəsini soyğunçuluq yolu ilə alan əvvəllər məhkum olunmuş şəxslər - Füzuli rayon sakini Cavad Nəsirov və İsmayıllı rayon sakini Süleyman Səfərov saxlanılıblar.

Saxlanılan şəxslərin ətraflarında keçirilən əlavə tədbirlərlə onların həmin gün dəstənin digər üzvü Masallı rayon sakini Uğur Abışovla birlikdə Bakıxanov qəsəbəsində Həsən Sadıqzadəyə məxsus "Vaz 2106" markalı avtomobili qaçırdıqları da müəyyən edilib.

Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində dəstənin digər üzvü U.Abışov da saxlanılaraq istintaqa təqdim edilib. Qeyd edək ki, saxlanılan şəxslər avtomobili qaçırandan sonra həmin nəqliyyat vasitəsinin İsmayıllı rayonuna apararaq orada 450 manata satıblar.


Xəbərə aid fotolar