Bakı Metropoliteninin maşınının düşdüyü dəhşətli qəzanın görüntüsü VİDEO


Digərləri 14 Okt 2017 13:59:00 406 0

Bakı Metropoliteninin maşınının düşdüyü dəhşətli qəzanın görüntüsü  VİDEO

Bakıda Bakı Metropoliteninin yük maşını dəhşətli qəza törədib.

Son.az baku.ws-yə istinadən xəbər verir ki, hadisə "Koroğlu" metro stansiyasına yaxın ərazidə baş verib. Aeroportdan gələn yük maşını sürətlə döngəyə girmək istəyib. Lakin yük maşını idarəetməni itirərək "VAZ 2107" markalı 90-BA- 041 dövlət qeydiyyat nişanlı maşının üstünə aşıb. 

Məlumata görə, dəhşətli qəzadan sürücülər salamat qurtula biliblər. 

Qeyd edək ki, yük maşını "Bakı Metropoliteni" QSC-yə aid olub.