Taliska və Volkan Demirelə qarşı iş açılıb


İdman 14 Okt 2017 13:51:00 349 0

Taliska və Volkan Demirelə qarşı iş açılıb

İstanbul Dövlət Prokurorluğu "Beşiktaş"ın futbolçusu Anderson Taliska və "Fenerbahçe"nin qapıçısı Volkan Demirelə qarşı iş açıb. Goal.az xəbər verir ki, onlar "İdmanda şiddət və intizamsızlığın qarşısını almağa dair qanun"u pozmaqda ittiham olunur. Türkiyə Superliqasının 6-cı turunda keçirilən "Fenerbahçe" - "Beşiktaş" (2:1) matçında Taliskanın təhqiramiz əl jestinə cavab olaraq paltardəyişmə otağında Volkan onunla məsələni aydınlaşdırmağa çalışıb. Daha sonra idarəyə çağrılan türk qapıçı ona qarşı ittihamları rədd etmişdi.