Kerri Trampı ittiham etdi: "Beynəlxalq böhran yaradır"


Dünya 14 Okt 2017 13:23:00 380 0

Kerri Trampı ittiham etdi: "Beynəlxalq böhran yaradır"

ABŞ prezidenti Donald Tramp İranın nüvə sazişi üzrə qərarı ilə beynəlxalq böhran yaradır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Con Kerri deyib.

O əlavə edib ki, bu qərarı ilə ABŞ lideri təhlükəsizlik sahəsində özünün və müttəfiqlərinin milli maraqlarını zərbə altına qoymuş olur.

C.Kerri deyib: "Trampın qərarı təhlükəlidir, bu qərar beynəlxalq böhran yaradır".

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində