ABŞ-ın ən böyük Ticarət Missiyası Azərbaycana gəlir


Digərləri 14 Okt 2017 13:14:00 292 0

ABŞ-ın ən böyük Ticarət Missiyası Azərbaycana gəlir

ABŞ Ticarət Missiyası 16-18 Oktyabr Azərbaycana 14 ABŞ Şirkətindən 27 İştirakçını Gətirir

Bakı. 16-18 oktyabr tarixlərində Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət Palatası və ABŞ-ın Kommersiya Departamenti Azərbaycana gələn 14 ABŞ şirkətlərindən ibarət olan Ticarət Missiyasına rəhbərlik edəcək. ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, Missiya 27 şirkətdən ibarət indiyə qədər Azərbaycana gəlmiş ən böyük ABŞ Ticarət missiyasıdır. Şirkətlər ticari sektorların geniş və müxtəlif sahələrini təmsil edir və burada olduqları zaman iki ölkənin iş adamları və iş adamları ilə-hökumət nümayəndələri arasında keçirilən görüşlərdə iştirak edəcək. Şirkətlər İqtisadiyyat Nazirliyi və AzPromo ilə də dəyirmi masa keçirəcək. Nümayəndə heyətini Türkiyə və Azərbaycan üzrə Ticarət Missiyalarının Müşaviri Vilyam Czajkovski və Xarici Özəl İnvestisiya Korporasiyasının İcraçı Direktoru Kenes Engıl də müşayiət edəcək. Onlar ABŞ-ın Azərbaycandakı səfiri Robert F.Sekuta ilə birlikdə, hökumət nazirlikləri ilə görüşüb Azərbaycan hökumətinin həyata keçirdiyi islahatları və daha çox ABŞ investisiyalarını cəlb etmək üçün Azərbaycana necə kömək etmələrini müzakirə edəcək.