ABŞ səfirliyinə məxsus avtomobil Bakıda qəza törətdi


Digərləri 14 Okt 2017 13:07:00 305 0

ABŞ səfirliyinə məxsus avtomobil Bakıda qəza törətdi

ABŞ səfirliyinə məxsus avtomobil Bakıda qəza törədib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində, Azadlıq prospekti 60 ünvanında qeydə alınıb. ABŞ-ın Bakıdakı səfirliyinə məxsus "Honda" markalı, 006 D 047 dövlət qeydiyyat nişanlı avtomobil yol kənarında duran "Toyota Prado" markalı maşına çırpılıb. Qəza nəticəsində xəsarət alan olmayıb, hər iki avtomobilə yüngül ziyan dəyib.   Faktla bağlı araşdırma aparılır.