Sevgilisindən ayrılan qadın Mercedeslə qisas aldı FOTO


Digərləri 14 Okt 2017 12:51:00 367 0

Sevgilisindən ayrılan qadın Mercedeslə qisas aldı  FOTO

Baham adalarında yaşayan amerikalı bankir, 41 yaşlı Qay Centil sevgilisindən ayrılmağının hesabını ödəyir. Rusiyada doğulmuş 24 yaşlı Kristina Kuçma ondan ayrılmaq qərarına gələn bankirdən qisas almaq üçün Centilin Mercedes S400 markalı lüks avtomobilini hovuza salıb.

Son.az New York Post-a istinadən bildirir ki, Centil evlənməyə hazırlaşdığı Kuçmadan ayrılmaq qərarını qadına şam yeməyində söyləyib.

Qadın çox sinirlənmişdi.

O, Q.Centilə yolladığı mesajda yazmışdı: "Mənə biznesimi qurmaq üçün yardım edəcəyini demişdi. İndisə investisiya şirkəti qurmaq istəyirsən. İnvestisiya axtarırsan?! Həyətdəki hovuza bax. Məncə, bu investisiya ilə işə başlaya bilərsən".

Mesajı alan Q.Centil dərhal ofisi tərk edərək evə gedir və maşınının hovuzda, su altında olduğunu görür. 100 min dollarlıq Mercedes-i qadın hovuza salmışdı.

"Kristiananın maşında olduğunu, intihar etdiyini düşünüb qorxdum. Amma onun maşında olmadığını anlayanda hirsləndim. Mən ondan ayrıldım deyə maşını hovuza salmışdı", - Centil deyib.


Xəbərə aid fotolar