Avtobusu ruhi xəstəyə kim etibar edib? “Onları cərimələmək olmur...”


Digərləri 14 Okt 2017 12:55:00 393 0

Avtobusu ruhi xəstəyə kim etibar edib?  “Onları cərimələmək olmur...”

Bakıda 77 yaşlı anasını zorlamaqda təqsirləndirilən 46 yaşlı Telman Yusubov bir neçə ildir ki, marşrut sürücüsü imiş. Dəfələrlə həbsdə yatmış və ruhi əsəb poliklinikasında qeydiyyatda olan T. Yusifov son günə kimi 202 nömrəli avtobusu idarə edib. Təqsirləndirilən şəxs özü də bildirib ki, psixi problemləri var və içki qəbul edəndə özündə olmur.

İctimai nəqliyyatda aparılan optimallaşdırılma işləri ilə əlaqədar dəfələrlə daşıyıcı şirkətlərə xəbərdarlıqlar olunsa da, hələ də sürücülük vəsiqəsi olmayan, məhkum şəxslərin bu işə cəlb olunma hallarına rast gəlinir.

Bəs daşıyıcı şirkətlər sürücünü işə götürərkən sözügedən nüanslara fikir verir? Yaşanmış hər hansı bir xoşagəlməz hallarda hansı qurum məsuliyyət daşıyır?

Son.az xəbər verir ki, qafqazinfo suala cavab almaq üçün Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayevlə əlaqə saxlayıb. M.Ağayev də etiraf edib ki, bu kimi şəxslərin ictimai nəqliyyat şəbəkəsində çalışması heç bir məntiqə uyğun deyil:

"Lakin bir məsələni diqqətinizə çatdırmaq istəyirəm ki, sərnişin avtobuslarında, marşrut xətlərində sürücülərin işəgötürülməsi, onlarla əmək münasibətlərinin tənzimlənməsi Bakı Nəqliyyat Agentliyi tərəfindən həyata keçirilmir. Bu hala birbaşa daşıyıcı şirkət cavabdehdir. Sürücülərin işəqəbulundakı bu kimi xoşagəlməz halları aradan qaldırmaq üçün peşəkar sürücülərin toplaşdığı məlumatlar bazasını hazırlamağa çalışırıq. Hazırda bu istiqamətdə iş aparılır. Bundan başqa, 3 mindən çox sürücünün cəlb olunduğu sürücü təlim bazası yaradılıb. Daşıyıcılar tərəfindən işə götürülən bütün sürücülər təlimlərə cəlb olunur.