Vəsait yaxalandı, barəsində 4 aylıq həbs qətimkan tədbiri seçildi FOTO


Digərləri 14 Okt 2017 12:42:00 336 0

Vəsait yaxalandı, barəsində 4 aylıq həbs qətimkan tədbiri seçildi  FOTO

Bakıda özəlləşdirilmiş, "kupçalı" torpaq sahələri satmaq adı altında onlarla vətəndaşı aldadıb pullarını mənimsəyən, özünü olduqca yüksək mənsəbli şəxslərin adamı kimi qələmə verən Vəsait (yaxud sənədlərə əsasən Vəsahid) Məlikov, nəhayət, yaxalanıb.

Son.az xəbər verir ki, bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlum olub. Məlumata əsasən məhkəmə Vəsait Məlikovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

"Bakı şəhər Prokurorlugunun İstintaq İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2 və 308.1 maddələri ilə istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Məlikov Vəsahid Vəlican oglu barəsində , dünən 13 oktyabr 2017-ci il tarixdə Səbail rayon məhkəməsi tərəfindən 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib"-məlumatda bildirilir.

Xatırladaq ki, Vəsait Məlikovun əməlləri barədə redaksiyamıza müraciət edən vətəndaşların danışdıqlarına və təqdim etdikləri sənədlərə əsasən virtualaz.org ötən buraxılışlarında yazıb. Bu şəxsin fəaliyyət arealı əsasən Bakının Xəzər rayonunun ərazisi olub.