Vidal həlledici oyundan öncə kazinoda dava salıb


İdman 14 Okt 2017 12:49:00 366 0

Vidal həlledici oyundan öncə kazinoda dava salıb

Çili millisinin futbolçusu Arturo Vidal DÇ-2018-in seçm mərhələsndə Braziliya ilə son oyundan öncə qumar oynayıb. Goal.az xəbər verir ki, bunu millinin qolkiperi Klaudio Bravonun qaynanası Pilar Lizana deyib. O, Vidalın kazinoda dava saldığını qeyd edib.

"Mənim qızım dedi ki, millidə baş verənlərdən hamı xəbərdardır. Baş məşqçi Pizzi lazım olan kəsləri cəzalandırmır. Bundan da Çili əziyyət çəkir. Qardaşım oğlu Motiçelloda yerləşən kazinoda işləyir. Dedi ki, orda dava olub. Vidal saat 7-də oranı tərk edib və müdriyyətə pul verib ki, videoyazıları silsinlər".