Bakıda bədii gimnastika üzrə START İKnın "Payız ulduzları" kuboku və açıq birinciliyi başlayıb FOTO
Digərləri 14 Okt 2017 12:40:00 524 0
Bu gün Bakı Olimpiya Kompleksində bədii gimnastika üzrə START idman klubunun (İK) "Payız ulduzları" kuboku və açıq birinciliyi başlayıb.
Son.az Trend-ə istinadən xəbər verir ki, yarışlarda müxtəlif yaş kateqoriyalarında 2003-2012-ci il təvəllüdlü, Bakı və Azərbaycanın digər bölgələrini təmsil edən gimnastlar iştirak edir.
Bakılı gimnastlar və bölgə gimnastları arasında qaliblər ayrı-ayrılıqda təltif olunacaq.
Komanda hesabında birinci yer tutmuş qruplar da kuboklarla mükafatlandırılacaq.
Mənbə: milli.az