Hamşik: "Juventus" zirehli qatar kimidir" - MÜSAHİBƏ


İdman 14 Okt 2017 12:31:00 357 0

Hamşik: "Juventus" zirehli qatar kimidir" - MÜSAHİBƏ

- 10 il sürətlə ötüb keçdi. Neapola yeniyetmə kimi gəlmişdim, burda böyüdüm. Yaddaşımda qalan anlar klubun uğurları ilə bağlıdır.

"Napoli" və Slovakiya millisinin kapitanı Marek Hamşik "İl Mattino" nəşrinin suallarını cavablandırıb. Goal.az 30 yaşlı yarımmüdafiəçinin müsahibəsini təqdim edir.

- "Napoli"də 11-ci mövsümü keçirirsən. Onların içində ən yaxşısı hansıdır?

- Neapol sənin üçün nə deməkdir?

- Bu şəhər mənim həyatımdır. Qəlbimdə Neapola sevgi qığılcımının nə zaman meydana çıxdığını bilmirəm. Bir komandada 10 il oynamaq asan iş deyil. Amma mən nəyisə dəyişmək istəməmişəm.

- Sən 10 il əvvəlki Marekdən fərqlənmirsən...

- Elədir ki, var. Həminki enerji və istəyim qalıb.

- Komandanın lideri olmaq çətindir?

- Bəli. Amma lider olmaq, həm də gözəldr. Özünə qarşı insanların sevgisini hiss edirsən. Neapol əhalisinin qəlbində yer tutmaq məni xoşbəxt edir.

- Elə təsəvvür yaranır ki, heç vaxt əsəbləşmirsən...

- Oyun zamanı əvəzlənəndə əsəbləşirəm (gülür).

- Maradonanın "Napoli"də 115 qolluq rekordunu yeniləmək barədə düşünürsən?

- Diyeqo tanrıdır. Ondan sonra ikinci olmaq hissi əhval-ruhiyyəmi yüksəldir.

- Klubda vurduğu 114 qoldan hansını daha çox xatırlayırsan?

- A Seriyasında "Sampdoria"ya qarşı oyunda vurduğum ilk qol. Bir də İtaliya Kubokunun finalında "Juventus"un qapısından keçirdiyim top.

- Çempionlar Liqasında "Real"dan ötən ilki məğlubiyyətin əvəzini çıxmaq istərdin?

- Biz evdə yaxşı oynayıb 1:1 hesablı bərabərliyə nail olduq. Artıq daha güclü və təcrübəli kollektivik. Belə olacağını bilirdim. Elə səviyyəyə çatmışıq ki, "Manchester City" ilə səfər matçına qorxusuz gedirik.

- Maurisio Sarrinin bunda əməyi nə qədərdir?

- Onda qalib ruhu var. İstənilən oyunda diqtə etmək əsas hədəfimizdir. Əvvəllər isə bunu başqaları edirdi.

- Sarri deyirdi ki, milli komandaların oyunlarını yay mövsümünə çəkməyə üstünlük verərdi?

- Bəs, nə vaxt dincələk?(gülür). Təqvim, onsuz da ağırdır. Bizim çoxumuz üçün ölkəmizi təmsil etmək şərəfdir.

- Mertensdən bu cür performans gözləyirdin?

- O, hücumun cinahında da yaxşı idi. Amma hücumun sivri ucunda daha stabil olması ilə seçilir. Artıq "Napoli"nin əsl mərkəz hücumçusu var.

- Cari mövsüm çempionluq mübarizəsi "Napoli" və "Juventus" arasında gedəcək?

- Ola bilər. Bu barədə danışmaq hələ tezdir. Əsas oyunların nəticələrini gözləmək lazımdır. Milan klublarını da unutmaq olmaz. Onlar xeyli güclənib və Çempionlar Liqasına çıxmağa çalışacaqlar. Başqa rəqiblər də.

- "Milan" və "Juventus"a keçmədyin üçün nə vaxtsa peşman olmusan?

- Heç vaxt. Yoxsa "Napoli"də qalmazdım.

- İtaliyada ən güclü legioner kimdir?

- "Napoli"nin legionerləri. Buna şübhə ola bilməz.

- Oyunlarda videotəkrar sisteminin tətbiqinə tərəfdarsan?

- Bilmirəm. Bu sistem hakimlərə kömək etsə də, nöqsanları da var. Qolu qeyd etməkdə heç vaxt əmin olmursan. Çünki bir neçə dəqiqədən sonra onu ləğv edə bilərlər. Bunun müsbət tərəfi də var. Məsələn, "Feyenoord"la səfər matçımızda videotəkrardan istifadə olunsaydı, onların lehinə penalti təyin edilməzdi.

- Baxımlı oynamayıb qalib gələn "Juventus" barədə nə düşünürsən?

- "Juventus" zirehli qatar kimidir. O, yolundan çıxmır.

- Futbol agenti Mino Rayolanı necə xarakterizə edirsən?

- O, işinin peşəkarıdır. Avropa futbol ulduzlarının 3/4 hissəsi onun müştərisidir.

- Amma səni "Napoli"dən getməyə inandıra bilməmişdi. Klub onun boğazında qalan sümüyə çevrilməmişdi ki?

- Düşünmürəm. Hər kəsin öz yolu var. Barəmdə danışılanlar məni maraqlandırmır.

- Futbol dünyasında dostluq var?

- Əlbəttə. Komanda üzvləri dostluq etməsə, qalib gəlmək çətindir.

- Sənin mövqeyində ən güclü futbolçu kimdir?

- İniesta. Onun hərəkətlərini saatlarla izləyə bilərəm.

- Hansı məşqçinin rəhbərliyi altında çalışmaq istərdin?

- Qvardiola. Onunla rəqib kimi Çempionlar Liqasında qarşılaşacam. Səbirsizliklə gözləyirəm.

- Karyeranı başa vurandan sonra nəylə məşğul olacaqsan?

- Hələ 30 yaşım var. Ola bilsin, məşqçi və ya idarəçi oldum. Amma karyeramı başa vurandan dərhal sonra işə başlamaq istəmirəm. Ailəmlə daha çox vaxt keçirərdim.

- Sənə doğma olan Banska Bıstritsa adlı yer var...

- Ora qocalanda qayıdacam. Valideynlərim məni orda böyüdüb və zirvələrə yol almağı öyrədib. Atam və anam arzumun reallaşması üçün çox fədakarlıq edib. Bu, onların da arzusuna çevrilib.