Bakıda bədii gimnastika üzrə START İK-nın "Payız ulduzları" kuboku və açıq birinciliyi başlayıb (FOTO)


Digərləri 14 Okt 2017 12:26:28 291 0

Bakıda bədii gimnastika üzrə START İK-nın "Payız ulduzları" kuboku və açıq birinciliyi başlayıb (FOTO)

Bu gün Bakı Olimpiya Kompleksində bədii gimnastika üzrə START idman klubunun "Payız ulduzları" kuboku və açıq birinciliyi başlayıb.

Bakı. Ənvər Məmmədov - Bu gün Bakı Olimpiya Kompleksində bədii gimnastika üzrə START idman klubunun (İK) "Payız ulduzları" kuboku və açıq birinciliyi başlayıb. Trend-in məlumatına görə, yarışlarda müxtəlif yaş kateqoriyalarında 2003-2012-ci il təvəllüdlü, Bakı və Azərbaycanın digər bölgələrini təmsil edən gimnastlar iştirak edir. Bakılı gimnastlar və bölgə gimnastları arasında qaliblər ayrı-ayrılıqda təltif olunacaq. Komanda hesabında birinci yer tutmuş qruplar da kuboklarla mükafatlandırılacaq. Yarışlarda ümumilikdə 130 gimnast və 17 qrup iştirak edir.