Sərhədçilərdən Bakıda böyük konsert proqramı VİDEO


Digərləri 14 Okt 2017 12:19:00 238 0

Sərhədçilərdən Bakıda böyük konsert proqramı  VİDEO

Oktyabrın 20-si ilk dəfə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Nümunəvi Hərbi Orkestrinin konserti baş tutacaq.

Son.az xəbər verir ki, maraqlısı odur ki, bu dəfə hərbi orkestr ənənəvi repertuarla yanaşı, estrada janrında yazılan mahnıları da ifa edəcək. Tanınmış estrada ifaçılarını müşayiət edəcək orkestr tamaşaçılar üçün maraqlı musiqi nömrələri hazırlayıb.

Belə ki, konsertdə xalq artisti Samir Cəfərov, əməkdar artist Xəyyam Mustafazadə, Elnarə Xəlilova, Rəşad İlyasov, Eldar Quliyev, Dilarə Kazımova, İlqar Xəyal, Fərid Əsgərov, Tural Ağasıyev, Fəxri Kazım Nicat iştirak edəcək. Orkestrin dirijoru Səməd Vəkilovdur.

Bundan əlavə, konsertdə DSX-nın "Sərhədçi" rəqs ansamblı da çıxış edəcək. Kollektivin hazırladığı rəqs nömrələrinin tamaşaçıların böyük marağına səbəb olacağı gözlənilir.


Xəbərə aid foto