Rusiyalı teleaparıcı canlı yayımda amerikalı qonağa hücum etdi VİDEO


Dünya 14 Okt 2017 11:56:00 339 0

Rusiyalı teleaparıcı canlı yayımda amerikalı qonağa hücum etdi  VİDEO

Rusiyanın "Pervıy kanal" telekanalında efirə getmiş "Zaman göstərər" (Время покажет) proqramında aparıcı Artyom Şeynin verilişin qonağı - amerikalı jurnalist Maykl Boma hücum edib.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, veriliş San-Fransiskoda konsulluq binasının üzərindən Rusiya bayrağının çıxarılmasına həsr edilmişdi. Amerikalı qonaq aparıcının sözünü kəsən kimi Artyom Şeynin onun yaxasından tutub, "təxribatla məşğul olmamağa" çağırıb.

Araya girən digər aparıcı Yekaterina Strijenova və verilişin başqa qonağı Frants Klintseviç vəziyyəti normallaşdıra biliblər.

Videonu izləmək üçün şəklə klikləyin:

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində