Gəncə sakinini öldürən şəxs saxlanıldı


Digərləri 14 Okt 2017 11:50:00 235 0

Gəncə sakinini öldürən şəxs saxlanıldı

Gəncədə qətl törədən şəxs saxlanılıb.

Bakı. Gəncədə qətl törədən şəxs saxlanılıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Hadisə ilə bağlı verilən məlumatda deyilir ki, oktyabrın 12-də saat 2 radələrində Gəncə şəhəri ərazisindən şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Əliyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Nurlan Rzayev tutulub.