Nazir Putini güldürdü VİDEO


Dünya 14 Okt 2017 11:47:00 359 0

Nazir Putini güldürdü  VİDEO

Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçev prezidentin iştirakı ilə kənd təsərrüfatının inkişaf etdirilməsi məsələləri ilə bağlı keçirilən iclasda İndoneziya və Cənubi Koreyanı səhv salmaqla, Vladimir Putini güldürüb.

Son.az oxu.az-a istinadən xəbər verri ki, iclas zamanı Tkaçev Almaniyanın donuzun əksər hissəsini İndoneziyaya satmağını misal gətirib.  

Buna cavab olaraq, Putin qeyd edib ki, İndoneziya müsəlman ölkəsidir, deməli, orada donuz əti yeyilmir. 

"Yaxşı, Cənubi Koreya olsun",  - deyə Tkaçev düzəliş edib. Daha sonra gülərək, "Nə fərqi var ki?" deyə əlavə edib.

Putin gülüb və əli ilə üzünü örtüb.