"Araz" qrupda son oyununa çıxır


İdman 14 Okt 2017 11:50:00 391 0

"Araz" qrupda son oyununa çıxır

 

Bu gün Azərbaycanın "Araz” futzal komandası UEFA kubokunun əsas mərhələsində həlledici oyununu keçirəcək. Goal.az xəbər verir ki, Naxçıvan təmsilçisi Rumıniyada təşkil olunan VIII qrupun 3-cü turunda meydan sahibi "Deva” ilə qarşılaşacaq.

İlk matçda Bosniya və Herseqovina çempionu "Mostar”ı 5:2, ikinci görüşdə Maltanın "Sent Endryus” komandasını 6:4 hesabı ilə məğlub edən "Araz” hazırda qrup lideridir. Joze Alesionun rəhbərlik etdiyi kollektiv elit-raunda vəsiqə qazanmaq üçün mövqeyini qorumalıdır.