Axşam pik saatlarda metroda qatarlar niyə depoya gedir? Rəsmi açıqlama


Digərləri 14 Okt 2017 11:38:00 328 0

Axşam pik saatlarda metroda qatarlar niyə depoya gedir?  Rəsmi açıqlama

Son.az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Bakı metrosunda axşam pik saatlarında qatarların niyə depoya getməsi məsələsinə aydınlıq gətirib.

Onun sözlərinə görə, axşam və ya qeyri vaxtlarda qatarların depoya getməsinin 3 planlaşdırılmış səbəbi var: "Birincisi, depo istiqamətində "Bakmil" stansiyası var və ora da sərnişinlər gedib-gəlir. İkincisi, texniki təlimata əsasən, xətdə istifadədə olan qatarlar müəyyən məsafə qət etdikdən sonra mütləq baxış üçün depoya getməlidir.

Nəhayət, üçüncüsü, pik saatlarda xətdə 30 cüt qatardan istifadə olunursa, qeyri-pik saatlarda 24 cüt qatardan istifadə olunur. Yəni, pik saatlarda xətdə istifadə olunan qatarlar qeyri-pik saatlarda xətdən çıxarılaraq depoya göndərilməlidir.