"Kəlmənə fikir ver, 6 qəpikliksiz nə demək?"


Şou-biznes 14 Okt 2017 11:26:00 361 0

"Kəlmənə fikir ver, 6 qəpikliksiz nə demək?"

"Maşın" şouda qalmaqal davam edir. Belə ki, "ATV" kanalında yayımlanan ölkənin ən reytinqli şousunda kişilərin səsvermədən yayınmaları xanımları qıcıqlandırıb.

Son.az xəbərçi.az-a istinadən xəbər verir ki, aktrisa Mehriban Xanalarova kişilərə təklif edib ki, bu gün onların fotoları atılsın. Amma İlkin Misgərlidən başqa heç kəs razılaşmayıb. Kişi oyunçuların bu addımını qorxu hesab edən jurnalist Ülviyyə Alovlunun əsəbləri tarıma çəkilib:

"Biz oynamaq istəyirik. Amma kişilər çəkilib dayanıb qıraqda və xanımları səsverməyə çıxardırlar. Bu qədər maraqsız olmaq kimə lazımdır? Oyun olsa da, çox qorxaq oyundu. Maşının 65 min qiyməti var. Bunun üçün heç olmasa 65 minlik insanın ruhu olmalıdır. Ancaq buradakı iştirakçıların heç 6 qəpiklik ruhu yoxdur oynamağa ...".