Şahzadənin xanımının dayısı həbs olundu FOTO


Digərləri 14 Okt 2017 11:04:00 342 0

Şahzadənin xanımının dayısı həbs olundu  FOTO

Britaniya şahzadəsi Uilyamın xanımı, hersoginya Keyt Middltonun dayısı, iş adamı Qeri Qoldsmit həbs olunub.

Son.az The Guardian-a istinadən bildirir ki, 52 yaşlı iş adamı xanımı 47 yaşlı Culi-Enni döyməkdə suçlanır.

İnsident dünən gecə saatlarında yaşanıb. Ərlə arvad "Home House" xeyriyyə ziyafətindən evə, Londonun Merilebon səmtindəki apartamentlərinə qayıdırdılar.

Taksidə olarkən Culi-Enn ərini onunla qəddar və sərt davranmaqda, habelə kokain qəbul etməkdə suçlayıb. Taksi evə çatandan sonra ərlə arvad arasında dava davam edib.

Culi-Enn ərinə şillə vurub, Qeri Qoldsmit də arvadını yumruqla vuraraq yerə sərib.

Bunu görən taksi sürücüsü 999-u yığaraq polis və təcili yardım çağırıb. Qeri Qoldsmit arvadını qucağına alaraq evə aparıb, polislə həkimlərin gəlişini gözləyib. Qeri Qoldsmiti polisə, Culi-Enni isə hospitala aparıblar.


Xəbərə aid fotolar