"İnter"in hücumçusu: "Maaşlar verilməyəndə psixoloji baxımdan da bezirsən" - MÜSAHİBƏ


İdman 14 Okt 2017 10:49:00 358 0

"İnter"in hücumçusu: "Maaşlar verilməyəndə psixoloji baxımdan da bezirsən" - MÜSAHİBƏ

- “İnter”də qalmaq istəyirəm. Çünki yaya qədər müqaviləm var. Getmək haqda düşünmürəm. Amma bu cür davam etsə, fikirləşməliyəm. Yaxşı oynayırsan, amma maddi planda qarşılığını görmürsən. Niyə? Mən tək deyiləm. Ailəli insanlar var, məşqçi heyəti də bizim günümüzdədir. 

Premyer Liqasının II dövrəsinin ilk turunda “Qarabağ”a 0:2 hesabı ilə uduzan “İnter” klubunun hücumçusu Pərdis Fərcad-Azadın müsahibəsi

- Bir xal qazanmağa bu qədər yaxın olduğunuz vaxtda məğlubiyyətlə barışmağınız yorğunluqdan irəli gəlir?

- Komandada vəziyyət o qədər pisdi ki, adam bilmir nə desin. Bu qədər əziyyət çəkirsən, yenə də sonda uduzursan. Bizim də ehtiyat oyunçular skamyasına baxın, rəqibin də. Bu fərq bütün suallar aydınlıq gətirəcək. Uşaqlara halal olsun, bu durumda belə oyun göstərirlər. Onlar kişi kimi mübarizə apardılar.

- Fiziki cəhətdən də yorğun idiniz. Son dəqiqlərdə komanda hərəkət edə bilmirdi?

- Bir səhv etdik, “Qarabağ”da belə səhvləri bağışlamır. Gərək bu cür komandalarla qarşılaşmada diqqətli olasan, ani səhv qolla nəticələnir.

- Nizami Hacıyev, Tərlan Quliyev kimi əsas futbolçuların olmamağı hiss edilirdimi?

- Əlbəttə. Tək onlar yox, Fuad Bayramov da iynə vurdurub meydana çıxmışdı. Üstəlik, problem tək futbolçuların yoxluğu deyil. Maaş almırıq, pulsuz nə qədər oynamaq olar? Hələ Avropa Liqasındakı qələbəyə görə də mükafat söz verilmişdi, heç onu da verməyiblər.

- UEFA Avropa Liqasında mərhələ adladığınıza görə əldə etdiyiniz pulu AFFA-nın hesabına köçürüb. Bəs niyə verməyiblər?

- Eşitmişik, amma heç nə görməmişik.

- Rəhbərlik nə deyir?

- Hər dəfə eyni sözü təkrarlayırlar. Deyirlər ki, yaxşı olacaq, tələsməyin. Amma bilmirik nə vaxt yaxşı olacaq. Adam yorulur axı... Bilmirik, fikrimizi oyuna yönəldək, ya bu cür məsələlərə.

- Sonuncu dəfə hansı ayın maaşını almısınız?

- İyunun.

- Bu şəkildə davam etmək çətin deyil?

- Həm də çox çətindi. Adam yorulur. Kişi kimi oynadıq, vuruşduq. Pul almamışıq ki. Ancaq maaşlar verilməyəndə psixoloji baxımdan da bezirsən.

- Qışda başqa klubdan təklif olsa, qalacaqsan, yoxsa gedəcəksən?

Apasport