Çaylarda suyun səviyyəsi qalxdı


Digərləri 14 Okt 2017 10:23:00 272 0

Çaylarda suyun səviyyəsi qalxdı

Ötən günlər ərzində bəzi yerlərdə yağan yağış nəticəsində respublikanın əksər çaylarında sululuğun artımı müşahidə olunub.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatda qeyd olunub.

Məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-140, Kiçik Qafqazın çaylarında 190-230, Lənkəran-Astara bölgəsi çaylarında 50-100 , Naxçıvan MR çaylarında isə 170 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, oktyabrın 13-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 175 m3/s olmaqla ongünlük normanın 104 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 127 m3/s olmaqla ongünlük normanın 75 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 10 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 93 m3/s olmaqla, ongünlüknormanın 87 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 64 m3/s təşkil edərək ongünlük normanın 60 faizinə bərabər olub.