"Hər hansı bir ölkənin lideri mühüm beynəlxalq sazişi ləğv edə bilməz"


Dünya 14 Okt 2017 08:53:00 342 0

"Hər hansı bir ölkənin lideri mühüm beynəlxalq sazişi ləğv edə bilməz"

Hər hansı bir ölkənin lideri BMT-nin dətəklədiyi mühüm beynəlxalq sazişi ləğv edə bilməz.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampın çıxışını şərh edərkən deyib.

O, bildirib: "Bu, BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş çoxtərəfli beynəlxalq sazişdir. Bu BMT-nin sənədidir. Bir prezident bu mühüm beynəlxalq sazişi birtərəfli qaydada ləğv edə bilərmi? Görünür ki, onun işlərdən xəbəri yoxdur".