BMTnin baş katibi ümid edir


Dünya 14 Okt 2017 08:39:00 272 0

BMTnin baş katibi ümid edir

BMT-nin baş katibi Antoniu Quterreş ABŞ prezidenti Donald Trampın İranın nüvə proqramına dair saziş barədə bəyanatlarından sonra, sazişin qorunub saxlanılmasına ümid edir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu baş katibin rəsmi nümayəndəsi Stefan Cüjarrik bildirib.

O, bildirib: "Baş katib dəfələrlə bildirib ki, Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) qəbul edilməsi nüvə silahının yayılmaması rejiminin möhkəmlənməsi və qlobal sülh və təhlükəsizlik üçün mühüm nailiyyətdir. O ümid edir ki, BHFP qorunub saxlanacaq".