Suraxanıda yaşlı qadın tanışı tərəfindən bıçaqlanıb


Sosial 14 Okt 2017 08:16:11 307 0

Suraxanıda yaşlı qadın tanışı tərəfindən bıçaqlanıb

Yaralı həkimlərə qarın nahiyəsinə ehtiyatsızlıqdan bıçaq batdığını deyib

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, ağır vəziyyətdə olan yaralı gecə saatlarında "təcili yardım" maşını vasitəsi ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına daxil olub.

Qarın nahiyəsindən kəsilmiş-deşilmiş yara alan 51 yaşlı Reyhan Əbülfət qızı Məmmədova dərhal əməliyyat olunub.

Zərərçəkmiş qarın nahiyəsinə ehtiyatsızlıqdan bıçaq batdığını desə də, müayinə zamanı onun bıçaqlandığı məlum olub.

Müəyyən edilib ki, R.Məmmədova Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində ailə münaqişəsi zəminində tanışı tərəfindən bıçaqlanıb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis bölməsində araşdırma aparılır.