Kaliforniyada meşə yanğınları qurbanlarının sayı 32yə çatıb YENİLƏNİB FOTO


Dünya 14 Okt 2017 08:04:00 379 0

Kaliforniyada meşə yanğınları qurbanlarının sayı 32yə çatıb  YENİLƏNİB  FOTO

08:04

ABŞ-ın Kaliforniya ştatında tüğyan edən meşə yanğınları nəticəsində həyatını itirən insanların sayı 36 nəfərə çatıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə cümə günü yerli hakimiyyət orqanlarına istinadən "Associated Press" məlumat yayıb.

Agentliyin qiymətləndirməsinə görə, indiyə kimi ştatda təbiət yanğınları zamanı bu qədər ölüm hadisəsi qeydə alınmayıb.

Son qiymətləndirmələrə görə, alov ən azı 5,7 evi və tikilini məhv edib. Təqribən 90 min yerli sakin təxliyyə olunub. Hazırda 17 yanğın ocağı qalmaqdadır. Yanğının söndürülməsində 9 minə yaxın yanğınsöndürən iştirak edir. Onlara Kanada və Avstraliyadan olan həmkarları köməklik göstərir.

03:52


Xəbərə aid fotolar