Bakı metropoliteninin işçisi yük maşınını aşırtdı


Digərləri 14 Okt 2017 08:10:00 301 0

Bakı metropoliteninin işçisi yük maşınını aşırtdı

Ağır kəllə-beyin travması alan yaralı xəstəxanaya yerləşdirilib

Bakının Sabunçu rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Son.az "Report"a istinadən bildirir ki, metronun "Koroğlu" stansiyasının yaxınlığında beton qarışdıran yük avtomobilini idarə edən 54 yaşlı Bayramov İlqar Sadiq oğlu onu aşırıb. Nəticədə İ.Bayramov ağır kəllə-beyin travması alıb. Yaralı xəstəxanaya yerləşdirilib. "Koroğlu" stansiyasının ətrafında nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Yol Patrul Xidmətinin əməkdaşları nəqliyyatın hərəkətini tənzimləyərək sıxlığı aradan qaldıra bilib. İ.Bayramov Bakı metropoliteninin əməkdaşıdır.