Bakıda gənc oğlan vuruldu


Digərləri 14 Okt 2017 07:55:00 266 0

Bakıda gənc oğlan vuruldu

Hadisə yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsində baş verib

Paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində yolu keçmək istəyən piyadanı maşın vurub.

Son.az "Report"a istinadən bildirir ki, hələlik sürücüsü məlum olmayan minik avtomobili yüksək sürətlə hərəkətdə olub. Bu zaman o, yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçmək istəyən 24 yaşlı Təhmin Elçin oğlu Əhmədovu vurub. Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya aparılıb. Zərərçəkmişin vəziyyətini həkimlər orta-ağır qiymətləndirirlər. Qəzanı törədən sürücü Sabunçu polisi saxlayıb. Faktla bağlı araşdırma aparılır.